Türkiyədə FETÖ-yə qarşı əməliyyat - 160 nəfər saxlanıldı


  • 09:49

Türkiyənin 39 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyatlar keçirilib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, keçirilən əməliyyatlarda 160 şübhəli saxlanılıb.

Saxlanılan şübhəlilər təşkilatın şifrəli “ByLock” kommunikasiya proqramının istifadəçiləri olub. Onlar taksofonlardan istifadə edərək təşkilat üzvləri ilə əlaqə saxlayıblar.

Nazir şübhəlilərdən 90-nın həbs olunduğunu, 52 nəfərin isə şərti azadığa buraxıldığını bildirib.

Digər şübhəlilər barəsində istintaq davam etdirilir.

"Milli iradəyə qarşı qurulan tələlər bir-bir dağıdılır. Dövlətimizin bütövlüyünə, millətimizin əmin-amanlığına təhlükə yaradanlara qarşı mübarizəmiz qətiyyətlə davam edir", - deyə nazir əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər