Suriyada kütləvi məzarlıq aşkar edildi


  • 09:55

Suriyanın İdlib əyalətinin Maaret Numan şəhərində kütləvi məzarlıq aşkar edilib.

E-huquq.az Suriyanın dövlət xəbər agentliyi SANA-ya istinadən xəbər verir ki, kütləvi məzarlıq keçmiş "Dövlət Təhlükəsizlik Mərkəzi"ndə aşkarlanıb.

Qeyd edək ki, Suriyanın bir çox bölgəsində Bəşər Əsəd rejiminin devrilməsindən sonra kütləvi məzarlıqlar aşkar edilməyə davam edir.

Suriya rəsmiləri təxminən iki həftə əvvəl Hələbin kəndlərində daha bir kütləvi məzarlığın aşkar edildiyini açıqlamışdı.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər