İtaliyada 200 milyon illik minlərlə dinozavr izi aşkar edildi


  • 09:59

İtaliyanın Stelvio Milli Parkında 200 milyon ildən çox yaşı olan minlərlə dinozavr ayaq izi tapılıb.

E-huquq.az İtaliya mətbuatına istinadən xəbər verir ki, fotoqrafın etdiyi kəşf ilk dəfə ictimaiyyətlə paylaşılıb.

Bildirilib ki, parkın sıldırım yamaclarında minlərlə dinozavr ayaq izləri aşkar edilib.

Yüzlərlə metrə qədər uzanan bu izlərin 200 milyon ildən çox yaşı olduğu təxmin edilir.

Hündürlükdə olmasına baxmayaraq, qalıqlar yaxşı qorunub saxlanılıb, barmaq və caynaq izləri aydın görünür.

Fotoşəkillərin ilkin təhlili göstərir ki, izlər Son Trias dövründə yaşamış uzunboyunlu, kiçikbaşlı ot yeyənlər olan "prosauropod" dinozavrlarına aid ola bilər.

Milanda Təbiət Tarixi Muzeyi və İtaliyanın Berqamo Universiteti izlərin aşkar edildiyi ərazini Avropa qitəsində tapılan Trias dövrünə aid ən əhəmiyyətli fosil sahəsi olaraq xarakterizə edib.

Ərazinin tədqiqi üçün dron və uzaqdan zondlama texnologiyalarından istifadə olunacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər