Türkiyədə məşhur müğənni Aleyna Tilki və influnser Danla Bilic saxlanıldı


  • 09:33

Türkiyədə bir qrup tanınmış şəxs narkotik maddələrin qəbulu və saxlanması səbəbindən saxlanılıb.

E-huquq.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində məşhurların narkotik istifadəsində şübhəli bilinməsi əsasında əməliyyat keçirilib.

Əməliyyat zamanı müğənni Aleyna Tilki, influnser Danla Bilic, aktrisa İrem Sak və Mümine Senna Yıldız saxlanılıb.

Mümine Senna Yıldızın evindən 5 qram marixuana və bir üyütmə cihazı aşkarlanıb.

Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə ünvanlarında tapılmayıb.

Şübhəlilərin istintaqı davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər