Məzmuna keç

Türkiyənin bu vilayətində 10 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Sivas şəhərində 10 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Sivasın Koyulhisar rayonunda Jandarma qrupları yoxlamalar çərçivəsində mikroavtobusu saxlayıb.

Mikroavtobusda olan və ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən 10 qeyri-qanuni miqrant yaxalanıb, sürücü isə nəzarətə götürülüb.

Əfqanıstan vətəndaşı olan miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə