Adanada meşə ərazisinə keçən yanğın söndürülüb


  • 10:08

Türkiyənin Adana şəhərində tankerdə baş verən yanğın meşəyə sıçrayıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Adananın Çamalan rayonunda, Pozantı-Tarsus şossesində tankerdə başlayan yanğın meşəlik əraziyə sıçrayıb.

Əraziyə dərhal yanğınsöndürmə qrupları cəlb edilib.

Hadisə yerinə çatan qruplar meşəyə yayılan yanğını söndürüb.

Yanğın nəticəsində tanker yararsız hala düşüb, bəzi ağaclar isə qismən yanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər