Zəncirvari yol qəzasında 10 nəfər yaralanıb


  • 10:15

Türkiyənin Kırıkkale şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kırıkkale-Kırşehir yolunda fəhlələri daşıyan 3 mikroavtobus toqquşub.

Qəza nəticəsində 10 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda polis və tibbi yardım qrupları göndərilib.

Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər