Almaniya parlamenti 50 milyard avroluq hərbi texnika müqaviləsini təsdiqləyib


  • 10:22

Almaniya Parlamenti (Bundestaq) təxminən 50 milyard avro dəyərində hərbi texnika və silah alqı-satqısı müqavilələrini təsdiqləyib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Parlamentinin Büdcə Komitəsi Almaniya Silahlı Qüvvələrinin modernləşdirilməsinə yönəlmiş 30 layihə üçün təxminən 50 milyard avro dəyərində hərbi texnika və silah alışını təsdiqləyib.

Təsdiqlənən layihələr arasında alman əsgərləri üçün geyim və qoruyucu vasitələrin alınmasını əhatə edən 21 milyard avroluq sifariş də var.

Buraya həmçinin 200 Puma zirehli döyüş maşınının və “Arrow 3” müdafiə sistemi üçün raketlərin alınması üçün 4 milyard avro dəyərində müqavilələr də daxildir.

Parlamentin təsdiqi ilə Almaniyanın silah istehsalçısı Rheinmetall, "Spock" kod adlı peyk əsaslı sistemi üçün milyardlarla avro dəyərində sifarişlər alacaq. Müqavilənin ilkin dəyəri təxminən 1,76 milyard avrodur.

Almaniya hökuməti bəyan edir ki, bu böyük sərmayələr Rusiyanın “təhdidinə” cavab olaraq Almaniya Silahlı Qüvvələrinin modernləşdirilməsinə yönəldilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər