- 12:05
İraqın Kərkük şəhərində dekabrın 9-da başlayan leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 300 ailə evlərini tərk edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kərkükün Leylan mahalının başçısı Məhəmməd Veyis açıqlama verib.
O bildirib ki, Yəhyava və Yarımca kəndləri daşqınlardan ən çox zərər çəkən ərazilərdir.
O, daşqınlar zamanı çox sayda məktəb və tibb mərkəzinin, eləcə də yüzlərlə evin yararsız hala düşdüyünü bildirib.
Əyalət başçısı qeyd edib ki, bu ailələrin əksəriyyəti başqa bölgələrdəki qohumlarının yanında məskunlaşmaq məcburiyyətində qalıb.
Şəbnəm Mehdizadə