- 12:05
Mərakeşdə fransız dilinin təhsil, idarəçilik və digər əsas sahələrdə üstün mövqeyinə son qoyulması tələb edilib.
E-huquq.az xarici KİV- istinadən xəbər verir ki, bu barədə Mərakeş Milli Ərəb Dili Koalisiyası Ümumdünya Ərəb Dili Günü münasibətilə bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, bu, yalnız ərəb dilinin təhsil, idarəetmə, maliyyə və biznes daxil olmaqla bütün sahələrdə effektiv şəkildə tətbiqi ilə mümkün ola bilər. Bəyanatda həmçinin dövlət qurumları və özəl sektorda rəsmi yazışmalarda və xidmətlərdə ərəb və Amazigh (berber) dillərindən istifadənin məcburi qanunlara uyğun həyata keçirilməsi tələb olunub.
Vətəndaş cəmiyyəti təşkilatları bəzi dövlət qurumları, banklar və qeyri-hökumət təşkilatları tərəfindən fransız dilindən davamlı istifadəni tənqid edir.
Qeyd edək ki, Mərakeş Konstitusiyasının 5-ci maddəsinə əsasən, ərəb və Amazigh dilləri ölkənin rəsmi dilləridir. Lakin 2019-cu ildə qəbul edilən təhsil islahatı çərçivəsində bəzi fənlərin fransız dilində tədrisinə icazə verilməsi müzakirələrə və etirazlara səbəb olub.
Şəbnəm Mehdizadə