Övladlarının intiharına görə "Meta"nı məhkəməyə verdilər


  • 10:51

ABŞ və Şotlandiyadan olan iki ailə, övladlarının "İnstagram" üzərindən şantaja məruz qalaraq intihar etməsi səbəbilə "Meta" şirkətini məhkəməyə verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, iddiaya görə, fırıldaqçılar gənclərdən intim fotolar alaraq sonradan bu fotoları yaymaqla şantaj ediblər.

Şantaj edilən13 yaşlı Levi Maciejewski və 16 yaşlı Murray Dowey intihar edib.

İddiaçılar şirkətin bu təhlükədən xəbərdar olduğunu, lakin yetkinlik yaşına çatmayan istifadəçilərin müdafiəsi üçün kifayət qədər tədbir görmədiyini bildirirlər.

Ailələrin vəkili Metyu Berqman bildirib ki, şirkət bu halların qarşısını ala biləcək texniki imkanlara sahib olsa da, mənfəəti üstün tutaraq gənclərin təhlükəsizliyinə önəm verməyib.

İddiada ölüm halları nümunə kimi göstərilib.

Şirkət məsələ ilə bağlı konkret şərh verməsə də, təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər