- 16:15
ABŞ Tayvana raketlər və pilotsuz uçuş aparatları (PUA) daxil olmaqla 10 milyard dollardan çox dəyərində silah satışı həyata keçirəcək.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Açıqlamaya görə, paketə 82 HIMARS raket sistemi, 420 Yer Taktiki Raket Sistemi (ATACMS), 60 Haubitsa sistemi və müvafiq avadanlıqlar, həmçinin PUA-lar daxildir.
Dəyəri 10 milyard dollardan çox olan paketə həmçinin hərbi proqram təminatı, Javelin və TOW raketləri, helikopter ehtiyat hissələri və Harpoon raketləri üçün təmir dəstləri daxildir.
Şəbnəm Mehdizadə