- 16:15
Məişətdə çox istifadə olunan elektronik cihazları "ultramine hissəcik" (UFP) yayır.
E-huquq.az xəbər verir ki, Cənubi Koreyanın Pusan Milli Universitetindən (PNU) tədqiqatçıları bu barədə araşdırma aparıb.
Laboratoriya şəraitində aparılan sınaqlarda tosterlər, fenlər və digər kiçik elektronik əşyalardan çıxan tullantılar araşdırılıb.
100 nanometrdən kiçik olan bu hissəciklər insan bədəninin dərinliklərinə nüfuz edəcək qədər kiçik olduqları üçün təhlükə yaradır.
Tədqiqat zamanı məlum olub ki, toster ən çox hissəcik yayan cihazdır. İçində çörək olmasa belə, dəqiqədə təxminən 1,73 trilyon ultra incə hissəciklər yaydığı məlum olub.
Fenlər üzərində aparılan sınaqlar göstərdi ki, fırçasız mühərrik texnologiyasına malik cihazlar standart mühərriklərə nisbətən 10-100 dəfə az hissəciklər buraxır. Tədqiqatçılar həmçinin mis, dəmir, alüminium, gümüş və titan kimi ağır metalların bu cihazların mühərriklərindən və rulonlarından havaya buraxıldığını müəyyən ediblər.
Kompüter simulyasiyaları göstərir ki, bu hissəciklər birbaşa ağciyərlərə çatmaq üçün çox incədirlər. Tənəffüs yolları daha dar olan uşaqların böyüklərə nisbətən bu hissəciklərə daha çox məruz qalma riskinin olduğu vurğulanıb.
Ətraf mühit üzrə mühəndis Çanqyuk Kim havaya buraxılan ağır metalların orqanizmdə iltihab və hüceyrə zəhərlənməsi riskini artırdığını bildirib.
Şəbnəm Mehdizadə