- 16:15
İsrailin Qəzza zolağınahərbi hücumları nəticəsində ölənlərin sayı 70 669 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrailin hücumlarından sonra dağıntılar altından çıxarılan itki və cəsədlərlə bağlı son rəqəmləri paylaşan yazılı açıqlama yayıb.
Açıqlamada son 48 saat ərzində iki fələstinlinin cəsədi aşkarlanıb. 14 yaralı iisə xəstəxanalara çatdırılıb.
Qeyd edək ki, atəşkəs qüvvəyə mindiyi vaxtdan bəri 395 nəfər həlak olub, 1088 nəfər yaralanıb.
İsrailin Qəzza zolağına hücumları başladığı 2023-cü ilin oktyabrından bu yana ölənlərin ümumi sayı 70 min 669, yaralı sayı isə 171 min 165 nəfərdir.
Şəbnəm Mehdizadə