İsrail Livanın cənub və şərqinə hava zərbələri endirib


  • 15:58

İsrail döyüş təyyarələri Livanın cənub və şərqinə hava zərbələri endirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail 27 noyabr 2024-cü ildə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, Livana hücumlarını davam etdirir.

Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Livanın şərqindəki Baalbekin qərbindəki Bavadi şəhəri ətrafını və Hermel çölündə Zaqrin bölgəsini hədəf alıb.

Cənubda İsrail təyyarələri Deyr Seryan və Qasir qəsəbələrini, Zotar qəsəbəsini, Cizzin bölgəsindəki Reyhan təpələrini və Juret Hudur, Katrani və Kefr Huna qəsəbələrini əhatə edən ərazilərə hücum edib.

Livan rəsmiləri hücumlar nəticəsində ölənlərlə bağlı hələlik heç bir məlumat yaymayıb.

İsrail ordusu Livanın hücumlarla bağlı məlumat yayıb.

"Hizbullahın silah anbarları və hərbi infrastruktur da daxil olmaqla, çoxsaylı hədəflər vurulub" - məlumatda qeyd olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər