- 01:20
ABŞ Xəzinədarlıq Departameti İran məhsullarının daşınmasında iştirak etdiyi deyilən əlavə 29 gəmiyə sanksiya tətbiq edib.
E-huquq.az xəbər verir ki, yanvar ayından bu yana Tramp administrasiyası İran neft və qaz ticarəti ilə əlaqəli olan 180-dən çox gəmini sanksiyalar altına alıb.
Yeni sanksiya tankerləri idarə edən gəmiçilik şirkətlərinə də şamil edilir.
Sanksiyalar həmin şirkətlərin ABŞ-da aktivlərə sahib olmasını və ya ABŞ müəssisələri və ya fərdləri ilə hər hansı bir iş görməsini qadağan edir.