Fransa XİN: Aİ-nin 20-ci sanksiya paketi Rusiyanın enerji resurslarına təsir edəcək


  • 00:07

Rusiyaya qarşı yeni 20-ci sanksiya paketinin qəbul edilməsi ilə Aİ ölkələri onun enerji ixracından əldə etdiyi gəlirləri azaltmağa çalışacaq, eləcə də mövcud məhdudiyyətlərdən yayınmağı çətinləşdirmək və Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli şirkətlərə məhdudiyyətlər qoymaq niyyətində olacaqlar.

E-huquq.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavr danışıb.

"Avropalılar hazırda üç əsas sahəni əhatə edən 20-ci sanksiya paketinin tətbiqini müzakirə edirlər. Birincisi, [Rusiyanın] enerji sektorundakı gəlirlərini daha da məhdudlaşdırmaq və "kölgə donanmasına" qarşı mübarizəni davam etdirməkdir. Bu, həmçinin mövcud sanksiyaların yayınmasının qarşısını almaq üçün üçüncü ölkələrdəki şirkətlərə və nəhayət, Rusiyadakı hərbi-sənaye kompleksi ilə əlaqəli mülki müəssisələrə təsir edəcək", - deyə o bildirib.

Oxşar xəbərlər