- 12:02
ABŞ-də sərnişin təyyarənin qapısını zorla açmağa cəhd edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dekabrın 10-da Alyaskanın Dedhors şəhərindən Ankoric şəhərinə uçan Alaska Hava Yollarına məxsus təyyarədə baş verib.
Kassian Vilyam Frederiks adlı sərnişin uçuş zamanı təyyarənin qapısını zorla açmağa cəhd edib.
O, eyni zamanda ekipajın vəzifəsini yerinə yetirməsinə mane olub.
Şahidlərin sözlərinə görə, Frederiks sərnişinlərin köməyi ilə çətinliklə sakitləşdirilib.
Onun hadisədən əvvəl qeyri-sabit davranışlar nümayiş etdirdirildiyi bildiirlib. Bəzi sərnişinlər onun daim titrədiyini və öz-özünə danışdığını bildiriblər. Hadisə zamanı Frederiks "Nəfəs almalıyam, buradan çıxmalıyam" və "Qanadlar yoxa çıxdı, hamımız öləcəyik" kimi qorxulu ifadələr səsləndirib.
Qeyd edilib ki, Frederiks özünü saxlamağa çalışan sərnişinə narkotik maddələrin həddindən artıq dozasını qəbul etdiyini bildirib və təyyarənin pəncərəsini necə sındıra biləcəyini soruşub.
Alaska Hava Yolları Frederiksin şirkətlə uçuşuna qeyri-müəyyən müddətə qadağa qoyulduğunu açıqlayıb
Şəbnəm Mehdizadə