Pendir yemək demensiya riskini azalda bilər


  • 09:17

İsveçdə aparılan genişmiqyaslı bir araşdırma yağlı pendir istehlakının demensiya riskini 13 faiz qədər azaltdığını göstərib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 il davam edən tədqiqat gündə 50 qramdan çox yağlı pendir yeyən insanların zehni sağlamlıqlarını qorumaqda üstünlük təşkil etdiyini ortaya qoyub.

Lund Universiteti tərəfindən həyata keçirilən bu araşdırma 27.000-dən çox yetkin üzərində aparılıb. Nəticələr "brie", "gouda", "çedar" və "mozzarella" kimi 20 faizdən çox yağ tərkibli pendirlərin beyin sağlamlığını qorumağa kömək etdiyini təsdiqləyib. Tədqiqatın müəllifləri bu növ pendirlərin demensiyanın qarşısını almaqda təsirli olduğunu qeyd edirlər.

Bu nəticələr uzun illər boyu yağlı qidaların sağlamlığa zərərli olduğu düşüncəsini yenidən gözdən keçirməyə vadar edib. Araşdırmalar göstərir ki, gündəlik olaraq bol miqdarda yağlı pendir yeyənlərin az yeyənlərlə müqayisədə demensiya inkişaf riskləri 13% daha aşağıdır.

Maraqlıdır ki, bu qoruyucu təsir az yağlı pendirlər və digər fermentləşdirilmiş məhsullarda müşahidə olunmur. Bu da yağlı pendirlərin beyin sağlamlığına faydalı təsir göstərən xüsusi bir tərkibə sahib ola biləcəyini göstərir.

Demensiya hazırda müalicəsi olmayan və 2050-ci ilə qədər halların üçqat artacağı proqnozlaşdırılan bir xəstəlikdir. Həkimlər bu vəziyyətdə pəhriz vərdişlərinin önəmli bir qoruyucu amil ola biləcəyini vurğulayırlar. Ancaq alimlər hər hansı bir qidanın möcüzəvi müalicə kimi qəbul edilməməli olduğunu da xəbərdarlıq edirlər. Araşdırma iştirakçılarının həyat tərzinin dəyişə biləcəyi nəzərə alınaraq, pendir və beyin sağlamlığı arasındakı əlaqənin daha dərindən araşdırılması zəruridir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər