Məzmuna keç

ABŞ-də təyyarə qəzası –

ABŞ-nin Şimali Karolina ştatında dəhşətli təyyarə qəzası baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Steytsvill regional hava limanında eniş etməyə çalışan "Cessna C550" tipli biznes təyyarəsi yerə çırpılıb və ardınca partlayış baş verib.

Məlumata əsasən, hadisə zamanı təyyarənin göyərtəsindəki 7 nəfər həyatını itirib.

Həlak olanlar arasında tanınmış NASCAR sürücüsü, təqaüddə olan Qreq Biffl, onun həyat yoldaşı və iki övladı da yer alır.

Şəbnəm Mehdizadə