- 12:02
Britaniyalı çörəkçi Riçard Hartın Meksika çörəyinə qarşı istifadə etdiyi sərt tənqidi fikirlər sosial mediada böyük qəzəb və müzakirələrə səbəb olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Hart bir qida podkastında meksikalıların çörək mədəniyyətinin az olduğunu iddia edib. O, həmçinin Meksika çörəyini ucuz, sənaye üsulu ilə istehsal olunmuş, çirkin ağ çörək kimi təsvir edib.
Bu ifadələr, sosial mediada sürətlə yayılıb və meksikalı istifadəçilər tərəfindən böyük etirazla qarşılanıb. Onlar Hartı ənənəvi Meksika çörəyinə qarşı hörmətsizlik etməkdə və mədəniyyəti anlamamaqla ittiham etdilər.
Müzakirə sadə bir çörək mübahisəsindən daha geniş bir mədəniyyət və kulinariya kimliyi məsələsinə çevrilib.
Tənqidlərin artması ilə Riçard Hart "Instagram"da üzr istəyib. O, sözlərinin təhrif olunduğunu və məqsədinin Meksika xalqına hörmətsizlik etmək olmadığını vurğulayıb.
"Səhv etdim və dərin təəssüf edirəm", - deyə bildirib.
Meksika Kulinariya Məktəbinin aşpazı Xosue Martinez bu mübahisənin Meksika çörəkçiliyinin zənginliyini təbliğ etmək üçün bir fürsət olduğunu qeyd edib. O, həmçinin Meksika çörəkçiliyinin sənayeləşməsinin tənqid olunmasının daha konstruktiv olacağını, bunun yalnız mədəniyyətlə tanış olan şəxslər tərəfindən edilməli olduğunu bildirib.
Şəbnəm Mehdizadə