- 12:02
İnsanlara ABŞ-da yaşamağa və işləməyə imkan verən "Green Card" kimi tanınan DV1 (Diversity Immigrant Visa Program) proqramı qeyri-müəyyən müddətə dayandırılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem "X" platformasında məlumat verib.
O, ABŞ Prezidenti Donald Trampın cümə axşamı günü Braun Universiteti və Massaçusets Texnologiya İnstitutunun kampuslarında baş verən kütləvi atışmalardan sonra "Green Card" proqramını dayandırmağı əmr etdiyini söyləyib.
Noem öz paylaşımında "Bu qatil heç vaxt ölkəmizə buraxılmamalı idi", - deyə bildirib.
Qeyd edək ki, 2025-ci ildə "Green Card" üçün təxminən 20 milyon insan müraciət edib.
Şəbnəm Mehdizadə