ABŞ-də MIT mütəxəssisinin qətlində şübhəli bilinən şəxs ölü tapıldı


  • 10:34

ABŞ-də Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Nuno Loureironun qətlə yetirilməsi və Braun Universitetində baş verən silahlı hücumla bağlı şübhəli bilinən şəxs ölü tapılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, polis atışmada şübhəli bilinən 48 yaşlı Portuqaliya vətəndaşı Klaudio Neves Valentenin Nyu-Hempşirdəki bir anbarda ölü tapıldığını açıqlayıb.

Rəsmilər onun intihar etdiyini bildiriblər.

Xatırladaq ki, 13 dekabrda Braun Universitetində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Dekabrın 15-də isə Massaçusets Texnologiya İnstitutunun professoru Nuno Loureiro evində qətə yetirilib.

Rəsmilər, Valente ilə Loureironun 1995-ci ildə Portuqaliyadakı bir universitetdə eyni akademik proqramda oxuduqlarını qeyd ediblər. Həmçinin, şübhəli şəxsin 2000-2001-ci illər arasında Braun Universitetində aspirantura təhsili aldığı bildirilib.

Əvvəlcə iki hadisə arasında heç bir əlaqə olmadığı bildirilmişdi. Lakin sonradan bu iki faciəvi hadisənin şübhəli şəxslə əlaqəsi olduğu ortaya çıxıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər