- 12:02
2017-ci ildə ABŞ-nin Arizona ştatında 8 nəfəri öldürməkdə, həmçinin adam oğurluğu, silahlı soyğunçuluq və cinsi təcavüzə cəhddə təqsirli bilinən 43 yaşlı Kleofus Kuksi edama məhkum edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kuksi, Feniks və Qlendeyldəki altı qətl hadisəsində ittiham olunub. Lakin məhkəmə heyəti onun anası və ögey atasının qətllərinə görə cəza barədə yekun qərar verə bilməyib.
2017-ci ilin hadisələrində altı nəfər güllələnib. Kuksinin DNT-sı qurbanlardan biri olan Maria Villanuevanın üzərində tapılıb. Kuksi, Feniks metrosundakı atışmalardan sonra həbs olunub.
Şəbnəm Mehdizadə