Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırıldı


  • 11:09

Türkiyədə Çanaqqala (Dardanel) boğazı tranzit gəmilərin hərəkəti üçün bağlanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, buna səbəb güclü dumanlı hava şəraiti olub.

Səhər tezdən şiddətlənən duman dənizdə görməni azaldıb.

Bu səbəbindən hər iki istiqamətdə tranzit gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Duman dağıldıqdan sonra gəmilərin hərəkətinin normal vəziyyətə qayıdacağı bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər