- 12:12
Arktikada alimlər tərəfindən aparılan yeni araşdırma qozbel balinalar və digər nəhəng dəniz məməlilərinin nəfəsindən alınan nümunələrdə ölümcül bir virusun olduğunu üzə çıxarıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu virus balinaların kütləvi şəkildə sahilə çıxmasına səbəb olan "kit morbillivirusu" olaraq tanınır.
Tədqiqatçılar dronlar vasitəsilə balinaların nəfəs alarkən buraxdıqları damcıları toplayaraq bu üsulla heyvanlara zərər vermədən bioloji nümunələri əldə ediblər.
London Kral Kollecinin professoru Terri Douson bu texnologiyanın balina sağlamlığının monitorinqində mühüm bir addım olduğunu vurğulayıb.
Araşdrımaya əsaəsn, bu virus delfinlər, balinalar və donuzlar arasında sürətlə yayılır. Müxtəlif dəniz məməliləri arasında yayıla bilir. Virus kütləvi ölümlərə yol açır.
Tədqiqatçı Helena Kosta bu erkən xəbərdarlıq sisteminin okean həyatı üçün təhlükələrin yayılmadan əvvəl aşkarlanmasına kömək edəcəyini qeyd edib. Həmçinin iqlim dəyişikliyi və digər ətraf mühit faktorlarının balina sağlamlığına necə təsir etdiyini daha yaxşı anlamaq üçün bu "uzaqdan monitorinq" metodunun uzunmüddətli müşahidə sisteminə çevrilməsi planlaşdırılır.
Araşdırmanın nəticələri "BMC Veterinary Research" jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə