İş müsahibələrində süni intellekt dövrü - Nələri bilməlisiniz?


  • 12:12

Müasir dövrdə işə qəbul proseslərində süni intellektin rolu gündən-günə böyüyür.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qlobal miqyasda şirkətlərin 88%-i namizədləri əvvəlcədən seçmək üçün süni intellektdən istifadə edir. Eyni zamanda, namizədlərin təxminən üçdə ikisi işə qəbul zamanı bu texnologiyadan faydalanır.

Müxtəlif mütəxəssislər isə süni intellektin işə qəbul prosesində hansı meyarlara əsaslandığını və namizədlərin necə hazırlaşmalı olduğunu izah edirlər.

İşə qəbul prosesinin bir hissəsi olaraq, birtərəfli video müsahibələr daha çox yayılmağa başlayıb. Bu tip müsahibələrdə namizəd qarşısında insan olmadığı üçün çoxları enerjini qorumaqda və həvəsini göstərməkdə çətinlik çəkir.

Mütəxəssislər namizədlərə məsləhət görür ki, enerjini yüksək saxlasınlar. Qarşınızda heç kim olmasa belə, vəzifəyə olan həvəsinizi göstərmək vacibdir.

Bildirilir ki, hazırlıq önəmlidir: Əvvəlcədən hazırlıq, müsahibə zamanı yaranan narahatlığın qarşısını alır.

Göz təmasısının da mühüm rol oynmağıı deyilir. Çatbotlar və süni intellekt göz təmasına diqqət edir. Kameranın yanına etibar etdiyiniz birinin şəkilini qoyaraq bu əlaqəni qorumağa kömək edə bilərsiniz.

Süni intellekt əsaslı çatbotlar namizədlərin cavablarını CV-dəki kimi təhlil edir. Bu sistemlər yalnız açar sözləri deyil, həmçinin istifadə olunan dilin müsbət və ya mənfi olduğunu da qiymətləndirir. Keçmiş işəgötürəni haqqında mənfi danışan namizədlər aşağı bal ala bilər. Buna görə də mütəxəssislər qısa cavablar verməkdən çəkinməyi və təcrübənizi ətraflı şəkildə açıqlamağı tövsiyə edir.

Müsahibələrdə STAR (Vəziyyət, Tapşırıq, Fəaliyyət, Nəticə) metodu istifadə edərək strukturlaşdırılmış cavablar vermək,süni intellektin təhlilini asanlaşdırır. Bu metodla siz yalnız məsuliyyətlərinizi deyil, həm də əldə etdiyiniz nailiyyətləri və bunun sizin işinizə necə təsir etdiyini göstərməlisiniz.

Müsahibənin sonunda süni intellekt dürüstlük, ünsiyyət bacarıqları və liderlik kimi meyarlara əsaslanaraq qiymətləndirmə hesabatı hazırlayır. İşə qəbul menecerləri bəzən yalnız bu hesabatların xülasələrini və ya seçilmiş video klipləri izləyirlər. Buna görə də, namizədlər üçün ilk təəssürat artıq süni intellekt tərəfindən formalaşır. Lakin bəzi mütəxəssislər vurğulayıb ki, süni intellekt mədəni fərqlər və vurğulara qarşı qərəzli ola bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər