- 19 Dekabr 12:12
Vaşinqton Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmaqda davam edir.
E-huquq.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib.
“Biz onlara kəşfiyyat dəstəyi göstərməyə davam edirik”, – deyə Rubio bildirib.
Onun sözlərinə görə, Ukrayna üzrə nizamlanma prosesi ABŞ-ın bir neçə qurumunun iştirakı ilə aparılır. Bu prosesə Pentaqon, Maliyyə Nazirliyi, Ticarət Nazirliyi və Dövlət Departamenti cəlb olunub.