ABŞ İŞİD-in sığınacaq və qərargahlarına yeni zərbə dalğası həyata keçirib


  • 09:10

ABŞ hərbi aviasiyası son bir neçə saat ərzində Suriyanın şimalında terrorçu İŞİD mövqelərinə ikinci hava hücumunu həyata keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri Suriyanın şimal bölgələrində yerləşən İŞİD-in sığınacaqları və qərargahlarına qarşı yeni zərbə dalğası həyata keçirib.

Əsas zərbələr Deyr-əz-Zor vilayətindəki mövqelərə endirilib.

Bundan əlavə, Al Hadath bildirir ki, ABŞ aviasiyası Homs və Rakka vilayətlərinin kənd ərazilərində, eləcə də tarixi-memarlıq kompleksi Palmiraya yaxın, Tadmor şəhəri ətrafındakı terrorçu bazalarına da zərbələr endirib.

Qeyd olunur ki, məhz bu ərazidə dekabrın 13-də ABŞ Milli Qvardiyasının iki hərbçisi və bir amerikalı tərcüməçi həlak olub.

Oxşar xəbərlər