Təcili tibbi yardım maşını qəzaya düşdü - 6 nəfər yaralandı


  • 10:52

Türkiyəninn Kocaeli şəhərinin İzmit rayonunda təcili tibbi yardım maşını qəzaya uğrayıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, xəstə daşıyan təcili yardım maşını ilə mikroavtobusun toqquşması nəticəsində 3 tibb işçisi də daxil olmaqla 6 nəfər yaralanıb.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım və polis qrupları göndərilib.

Yaralılar xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər