Məktəbdə 12 yaşlı şagird direktoru güllələdi


  • 14:58

Türkiyədə 12 yaşlı şagird məktəb direktorunu güllələyib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Mersin şəhərinin Anamur rayonunda baş verib. Belə ki, 12 yaşlı bir şagird məktəbin həyətində direktor Ender Karanı tüfənglə vuraraq ağır yaralayıb.

Direktor xəstəxanaya aparılıb.

Hadisədən sonra şagird və atası jandarma qrupları tərəfindən saxlanılıb.

Hadisənin baş verdiyi məktəbdə dərslər dayandırılıb.

Faktla bağlı araşdırma aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər