Türkiyənin bu vilayətində havanın temperaturu kəskin aşağı düşüb


  • 16:05

Türkiyənin Ardahan vilayətində soyuq hava şəraiti davam edir.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, şəhər mərkəzində gecə saatlarında havanın temperaturu mənfi 10 dərəcəyə qədər düşüb.

Şaxtalı hava şəraiti şəhərdə həyatı iflic edib.

Bəzi çayların səthi buzla örtülüb.

Ölkə üzrə ən aşağı gecə temperaturu -15 dərəcə ilə Ardahanın Gölə rayonunda qeydə alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər