Polis və prokuror adı ilə dələduzluq edən 28 nəfər saxlanılıb


  • 16:16

Türkiyənin 9 vilayətində özlərini polis və prokuror kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndiriən 28 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Baş Prokurorluq polislə birgə cinayətkar dəstələrə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.

Şübhəlilərin zərəçəkmişlərdən pul və qızıl aldıqları müəyyən edilib. Onlar yaxalanmamaq üçün papaq və maska taxıb.

Ankara, İstanbul, Kocaeli, Bursa, Samsun, Tokat, Şanlıurfa, Adana və Elazığ vilayətlərində eyni vaxtda əməliyyat keçirilib.

Saxlanılan 28 şübhəlidən 25-i həbs edilib, 3-ü isə şərti azadlığa buraxılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər