- 17:28
İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı son 48 saatda 12 nəfər artaraq 70 937 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Açıqlamada son 48 saatda 7 yaralının xəstəxanalara çatdırıldığı bildirilib.
Atəşkəsin qüvvəyə mindiyi vaxtdan bəri 405 dinc sakin həyatını itirib, 1115 nəfər yaralanıb, dağıntılar altından 649 cəsəd çıxarılıb.
Bəyanatda həmçinin qeyd olunub ki, İsrailin Qəzza zolağına hücumları başladığı 2023-cü ilin oktyabr ayından bu yana ölənlərin ümumi sayı 70 937, yaralı isə 171 192 nəfərdir.
Şəbnəm Mehdizadə