Yaponiya "Fukusima-1" AES-i yenidən işə salır


  • 16:34

Yaponiya hökuməti "Fukusima-1" Atom Elektrik Stansiyasını yenidən işə salma qərarını verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbə verir ki, bu addım, ölkənin enerji təchizatını qalıq yanacaqlardan uzaqlaşdırmaq məqsədilə həyata keçirilən strategiyada kritik bir dönüş nöqtəsi kimi qiymətləndirilir.

Bir çox yerli sakinlərin narahatlığına baxmayaraq, qanunverici orqan bazar ertəsi günü Tokio Elektrik Enerjisi Şirkətinə (TEPCO) aid Kashiwazaki-Kariva zavodunda yeddi reaktordan birinin yenidən işə salınmasına icazə verən qanun layihəsini təsdiqləyib. Yaponiyanın dövlət televiziyası NHK-nın məlumatına görə, şirkət yanvarın 20-də 6 nömrəli reaktoru yenidən işə salmağı planlaşdırır.

Qeyd edək ki, 2011-ci ilin martın 11-də Yaponiyada baş verən ballıq zəlzələdən sonra zədələnən "Fukusima-1" Atom Elektrik Stansiyasında partlayış olub. Partlayış nəticəsində nüvə reaktorunun bloklarından birinin çöl divarı dağılıb, ətrafda radiasiya fonu sürətlə artıb.

Bu nüvə fəlakətindən sonra Yaponiyada Kashiwazaki-Kariva da daxil olmaqla 54 atom elektrik stansiyasının fəaliyyəti dayandırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər