İndoneziyada sərnişin avtobusu aşıb, 16 nəfər ölüb


  • 16:53

İndoneziyanın Yava əyalətində 34 sərnişini daşıyan avtobus aşıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Cakartadan Yoqyakartaya gedən avtobus gecə yarısı Mərkəzi Yava əyalətinin Semarang şəhərində idarəetməni itirərək beton maneəyə çırpılıb.

Nəticədə avtobus aşıb.

Polis və xilasetmə qrupları qəzadan təxminən 40 dəqiqə sonra hadisə yerinə çatıb.

6 sərnişinin hadisə yerində öldüyü məlum olub. Xəstəxanaya aparılan 28 yaralıdan 10 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralıların vəziyyətinin ağır olduğu bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər