La-Manş boğazını keçərək İngiltərəyə gələn miqrantların sayı kəskin artıb


  • 16:59

İngiltərə və Fransa arasında La-Manş boğazını kiçik qayıqlarla keçən miqrantların sayı kəskin artıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şənbə günü 13 qayıqla Fransanın şimalından yola çıxan 803 nəfər təhlükəli səyahətlərini başa vuraraq İngiltərəyə çatıb. Beləliklə 2025-ci ildə 41,455 qanunsuz miqrant La-Manşı keçərək Böyük Britaniyaya daxil olub.

2018-ci ildən bəri toplanan məlumatlara əsasən, bu rəqəm ikinci ən yüksək göstəricidir. Hazırki rekord bir ildə 45 755 miqrant olmaqla 2022-ci ildə qeydə alınıb.

Cari ilin dekabr ayı ərzində isə, ümumilikdə 2,163 miqrant İngiltərə sahillərinə çatıb. Bu rəqəm, keçən ilin dekabr ayında 3,254 nəfər olub.

Fransanın Kale şəhəri yaxınlığında, fransız polisi ilə miqrant qrupları arasında qarşıdurma yaşanıb. Jandarmaların təxminən 30 nəfərlik qrupa gözyaşardıcı qazdan istifadə etdikləri bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər