- 18:33
El Salvadorda regionun ən təhlükəli dəstələrindən biri olan “MS13”ün üzvü 1335 il müddətinə azadlıqdan məhrum edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Bildiirlib ki, 2014-2022-ci illər arasında törətdikləri müxtəlif cinayətlərə görə “MS13”ün 248 üzvünə həbs cəzası verilib.
Dəstə üzvlərindən biri 1335 il, digər 10 nəfər isə 463 ildən 958 ilə qədər həbs cəzası alıb.
İddia edilən cinayətlər arasında adam öldürmə, soyğunçuluq və quldurluq halları var.
Şəbnəm Mehdizadə