- 18:33
Rumıniya və Xorvatiyada cüzam (Hansen xəstəliyi) halı aşkar edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Rumıniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Kluj şəhərində yerləşən SPA mərkəzində çalışan iki masajçıya cüzam diaqnozu qoyulub.
Rəsmilər 21 və 25 yaşlı iki xəstənin İndoneziya vətəndaşları olduğunu və onların müalicəsinə başlanıldığını açıqlayıb.
Səhiyyə naziri Aleksandru Roqobete bildirib ki, xəstələrdən biri bu yaxınlarda Asiyaya səfər edib və orada bir ay anası ilə qalıb.
Onun anası da eyni xəstəlikdən hazırda xəstəxanada müalicə alır.
SPA mərkəzinin müvəqqəti olaraq bağlandığı və hərtərəfli araşdırmaya başlanıldığı açıqlanıb.
Nazirlik ölkədə sonuncu dəfə cüzam xəstəliyinin 44 il əvvəl aşkar edildiyini qeyd edib.
Xorvatiyanın Split şəhərində isə bir nəfərdə cüzam halı aşkarlanıb.
Səhiyyə orqanlarından verlən məlumata görə, hazırda xəstə müalicə alır, yaxın təmasda olanlara isə profilaktik müalicə aparılır.
Şəbnəm Mehdizadə