- 14:22
Hindistanın paytaxtı Yeni Dehlidə hava çirklənməsinin əhəmiyyətli dərəcədə artması səbəbindən yaranan sıx duman hava nəqliyyatında problemlərə səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, duman səbəbindən azı 10 aviareys ləğv edilib, 200-dən çox reys isə gecikib.
E-huquq.az "Hindustan Times" qəzetinə istinadən xəbər verir ki, Yeni Dehli və ətraf ərazilərdə hava çirklənməsi "ağır" səviyyədə qalmaqda davam edir.
Hökumətə bağlı Mərkəzi Çirklənməyə Nəzarət Şurasının (CPCB) məlumatına görə, səhər saatlarında paytaxtda Hava Keyfiyyəti İndeksi (AQI) 414 olaraq qeydə alınıb.
Çirklənmə nəticəsində yaranan sıx duman bəzi ərazilərdə görmə məsafəsini demək olar ki, sıfıra endirib və bu da hava limanlarında uçuşların təxirə salınmasına səbəb olub. Səlahiyyətli qurumlar əlverişsiz hava şəraitinin davam edəcəyi təqdirdə uçuşlarda əlavə gecikmələrin mümkün olduğunu bildiriblər.
Qeyd edək ki, Yeni Dehli və ətraf ştatlar hər il qış aylarında avtomobil qazları, odun, kömür və küləşin yandırılması, eləcə də zəif külək şəraiti səbəbindən ciddi hava çirklənməsi ilə üzləşir. Bu vəziyyət bölgədə müxtəlif tənəffüs yolu xəstəliklərinin artmasına yol açır.
Şəbnəm Mehdizadə