Süni intellekt ABŞ-də 55 min iş yerinin bağlanmasına səbəb olub


  • 14:22

Süni intellekt texnologiyaları 2025-ci ildə ABŞ-də təxminən 55 min iş yerinin bağlanmasına səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Challenger, Gray & Christmas" konsaltinq firmasının hesabatına görə, il ərzində elan edilən ixtisarların ümumi sayı 1,1 milyonu keçərək pandemiyadan bəri ən yüksək səviyyəyə çatıb.

İnflyasiya təzyiqləri və artan xərclərlə üzləşən, xərcləri azaltmağa çalışan bir çox böyük şirkət süni zəkaya qısamüddətli və cəlbedici bir həll yolu kimi baxmağa başlayıb.

Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən dərc edilən bir araşdırma, süni intellektin artıq ABŞ işçi qüvvəsinin 11,7%-ni idarə edə biləcəyini və maliyyə və səhiyyə kimi sektorlarda 1,2 trilyon dollar maaşa qənaət edə biləcəyini ortaya qoyub.

Bununla belə, bəzi ekspertlər süni intellektin ixtisar üçün vasitə kimi istifadə edildiyini iddia edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər