ABŞ alimləri alzheimerin qarşısını alan yeni dərman hazırlayıb


  • 16:10

ABŞ-nin Northwestern Universitetinin alimləri Alzheimer xəstəliyinin qarşısını almağa yönəlmiş yeni dərman hazırlayıblar.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, NU-9 adlı bu preparat yaddaş itkisi başlamadan əvvəl beyində yığılan zəhərli zülalları təmizləyir və xəstəliyin erkən mərhələdə inkişafını dayandırır.

Tədqiqatlar göstərib ki, dərman sinir hüceyrələrinin sağlam qalmasına kömək edir və zəhərli molekulları neytrallaşdırır.

Siçanlar üzərində aparılan təcrübələrdə NU-9-un beyindəki dəstək hüceyrələrini qoruduğu və zehni geriləmənin qarşısını aldığı da müşahidə edilib.

Mütəxəssislər bildirirlər ki, bu dərman gələcəkdə yüksək risk qrupuna daxil olan şəxslərdə qoruyucu vasitə kimi istifadə oluna bilər. Əgər davam edən klinik sınaqlar uğurlu olarsa, sadə qan testi ilə Alzheimer riski müəyyən edilərək, xəstəlik simptomlar başlamadan əvvəl müalicəyə başlanıla bilər.

Tədqiqatçılar bu yanaşmanın Alzheimer xəstəliyinə qarşı mübarizədə mühüm dönüş nöqtəsi ola biləcəyini vurğulayırlar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər