ABŞ-ni tərk edən qanunsuz miqrantlara 3 min dollar veriləcək


  • 16:32

ABŞ-ni tərk edən qanunsuz miqrantlar üçün nəzərdə tutulan maliyyə dəstəyi 3 min dollara qədər artırılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) qərar qəbul edib.

Qərara əsasən, ilin sonuna kimi ölkəni könüllü tərk edən miqrantlara verilən maddi dəstəyin məbləği 3 min dollara qədər yüksəldilib.

Qeyd edək ki, qanunsuz miqrantlara “CBP Home” proqramı vasitəsilə könüllü şəkildə ABŞ-ni tərk etmələri üçün indiyədək 1000 dollar dəyərindədəstək göstərilirdi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər