Meksikada təyyarə qəzasında 5 nəfər həlak olub


  • 17:04

Meksika Hərbi Hava Qüvvələrinə məxsus kiçik təyyarə qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, təyyarə ABŞ-nin Texas ştatının Qalveston sahillərində qəzaya uğrayıb.

Qəza nəticəsində 5 nəfər həyatını itirib, 1 nəfər isə itkin düşüb.

Qeyd edək ki, təyyarədə ümumilikdə 4 donanma zabiti və 4 mülki vətəndaş olub.

Açıqlamada təyyarənin xüsusi tibbi nəqliyyata yönəlmiş humanitar missiya ilə havaya qalxdığı və müalicə üçün daşınan xəstənin ölənlər arasında olduğu qeyd edilib.

Humay Eminqızı

Oxşar xəbərlər