Qəzzada ölənlərin sayı 70 942 nəfərə çatıb


  • 17:17

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı son 24 saatda 5 nəfər artaraq 70 942 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada son 24 saatda 5 yaralının xəstəxanalara çatdırıldığı bildirilib.

Atəşkəsin qüvvəyə mindiyi vaxtdan etibarən 406 dinc sakin həyatını itirib, 1118 nəfər yaralanıb, dağıntılar altından 653 cəsəd çıxarılıb.

Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumları başladığı 2023-cü ilin oktyabr ayından bu yana ölənlərin ümumi sayı 70 942, yaralı isə 171 195 nəfərdir.

Humay Eminqızı

Oxşar xəbərlər