- 17:17
İtaliya Antiinhisar Orqanı (AGCM) İrlandiyanın Avropanın ən böyük loukosteri olan “Ryanair” aviaşirkətini 255,7 milyon avro məbləğində cərimələyib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurum məlumat yyaıb.
Açıqlamada aviaşirkətin 2023-cü ilin aprelindən 2025-ci ilin aprelinə qədər Avropa sərnişin daşıma bazarındakı dominant mövqelərindən sui-istifadə etdiklərinə görə 255 milyon 761 min 692 avro məbləğində cərimələndiyi bildirilib.
Qeyd olunub ki, ətraflı araşdırma nəticəsində aviaşirkətin onlayn və ənənəvi turizm agentliklərinin bilet satışlarına təsir edən mürəkkəb strategiya həyata keçirdiyi müəyyən edilib.
Açıqlamada şirkətin bu alışları istər iqtisadi, istərsə də texniki baxımdan xüsusi olaraq əngəllədiyi, həm birbaşa, həm də dolayı yolla turizm agentliklərinin rəqabət qabiliyyətini zəiflətdiyi, bununla da istehlakçılara təklif olunan turizm xidmətlərinin keyfiyyətini və çeşidini azaltdığı iddia edilib.
Aviaşirkət qurumun qərarını əsassız adlandırıb və cərimədən şikayət ediləcəyini açıqlayıb.
Şəbnəm Mehdizadə