- 01:27
Türkiyə prokurorluğu Ankarada hava limanı yaxınlığında "Falcon 50" təyyarəsinin qəzaya düşməsinin səbəbləri və şərtləri ilə bağlı araşdırmaya başlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
Nazir "X" hesabında yazıb: "Ankara Baş Prokurorluğu Esenboğa Hava Limanından qalxan və Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad da daxil olmaqla sərnişinləri daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb".
Qeyd edək ki, Ankara-Tripoli reysi ilə uçan təyyarədə Liviyanın Baş qərargah rəisi ilə birlikdə 5 nəfər olub. Artıq təyyarənin qalıqları aşkar edilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Ankaradakı Esenboğa hava limanından Tripoliyə uçan təyyarənin qalıqları jandarma bölmələri tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda tapılıb.