Liviyada üç günlük matəm elan edilib


  • 01:27

Liviyanın Tripoli şəhərində yerləşən Milli Razılıq Hökuməti ölkənin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın Türkiyədə baş verən təyyarə qəzasında həlak olması ilə bağlı üç günlük matəm elan edib.

E-huquq.az xəbər verir ki, bu barədə Liviyanın "Libia əl-Ahrar" televiziya kanalı məlumat yayıb.

Qeyd olunub ki, matəm bütün ölkə ərazisində qüvvədə olacaq.

Qeyd edək ki, Ankara-Tripoli reysi ilə uçan təyyarədə Liviyanın Baş qərargah rəisi ilə birlikdə 5 nəfər olub. Artıq təyyarənin qalıqları aşkar edilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Ankaradakı Esenboğa hava limanından Tripoliyə uçan təyyarənin qalıqları jandarma bölmələri tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda tapılıb.

Öz növbəsində Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Abdel Hamid Dbeyba Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın və onu müşayiət edən hərbi nümayəndə heyətinin üzvlərinin təyyarə qəzasında vəfat etdiyini təsdiqləyib.

Oxşar xəbərlər