Moskvada partlayışda 2 polis həlak oldu


  • 11:04

Moskvada şübhəli şəxsin saxlanılması zamanı baş verən partlayış nəticəsində iki polis əməkdaşı həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, dekabrın 23-dən 24-nə keçən gecə Moskvanın Yeletskaya küçəsində iki polis əməkdaşı onlara məxsus xidməti avtomobilin yaxınlığında şübhəli şəxs müəyyən ediblər. Əməkdaşlar həmin şəxsi saxlamaq üçün yaxınlaşarkən partlayıcı qurğu işə salınıb.

Alınan xəsarətlər nəticəsində iki polis əməkdaşı, eləcə də şübhəli şəxs həlak olub.

Faktla bağlı hüquq-mühafizə orqanı əməkdaşlarının həyatına qəsd (Rusiya Federasiyası CM-nin 317-ci maddəsi) və partlayıcı qurğuların qanunsuz dövriyyəsi (CM-nin 222.1-ci maddəsinin 1-ci hissəsi) maddələri ilə cinayət işi başlanıb.

Mütəxəssislər partlayıcı qurğunun hansı üsulla işə salındığını müəyyənləşdirirlər.

Humay Eminqızı

Oxşar xəbərlər