Roma Papası Milad münasibətilə 24 saatlıq atəşkəsə çağırıb


  • 11:24

Roma Papası XIV Leo başda Rusiya-Ukrayna müharibəsi olmaqla, dünya üzrə Milad bayramı münasibətilə 24 saatlıq atəşkəsə əməl olunması çağırışı edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Papa bildirib ki, onu ən çox kədərləndirən məsələlərdən biri Rusiyanın Milad atəşkəsini rədd etməsidir: "Bütün xoş niyyətli insanlara bir daha müraciət edirəm ki, heç olmasa İsanın doğumunun qeyd edildiyi bu gündə Ukraynada və bütün dünyada 24 saatlıq atəşkəsə hörmət edilsin".

Papa əlavə edib ki, Qəzza əhalisi hələ də çox kövrək bir vəziyyətin ortasında bayramı qeyd etməyə çalışır: "Ümid edirik ki, sülh sazişi irəliləyiş əldə edəcək".

Humay Eminqızı

Oxşar xəbərlər